Sabiq ağır çəkidə UFC çempionu Frensis Nqannou hesab edir ki, hazırkı titulunun sahibi amerikalı Con Consun ingilis Tom Aspinalla döyüşməsinə ehtiyac yoxdur .
Offsideplus.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Kamerunlu məsələ ilə bağlı bunları söyləyib:
“Con Cons Tom Aspinall ilə döyüşmək istəmədiyini söylədi. Vəziyyətə baxsanız, həqiqətən belədir. Con bu mübarizədən puldan başqa heç nə almayacaq".
Xatırladaq ki, Nyu-Yorkda keçirilən UFC 309 turnirində baş tutan sonuncu döyüşdə Cons həmyerlisi Stipe Mioçiçə 3-cü raundda texniki nokautla qalib gəlib.