“Qarabağ” Misli Premyer Liqasının 2024/2025 mövsümündə 7-ci böyükhesablı qələbəsini qazanmaqla ölkə çempionatları tarixinin rekordunu təkrarlamağı bacarıb.

Offsideplus.az xəbər verir ki, bu barədə  Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda keçirdiyi 13 matçın yarısından çoxunda 3 və ya daha çox top fərqilə qalib gəlib.

Bu vaxtadək 4 dəfə iştirakçılardan biri ilk 13 turda 7 oyunda rəqiblərini ağır məğlubiyyətə uğradıb. Buna nail olan ilk kollektiv Sumqayıt “Xəzər”idir. Komanda 1992-ci ildə belə uğur qazanıb. “Kəpəz” 1994/1995, “Neftçi” isə iki dəfə - 1996/1997 və 2000/2001 mövsümlərində 13 turda 7 dəfə böyük hesabla qalib gəlib.