Rusiyalı məşqçilərdən biri karyerasını Azərbaycanda davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, söhbət Vasiliy Berezutskiydən gedir.
Mütəxəssis hazırda Çinin "Şanxay Şenxua" klubunda çalışır. 42 yaşlı məşqçi həmyerlisi Leonid Slutskiyin köməkçisidir.
Mənbənin sözlərinə görə, Azərbaycan klublarının birindən təklif alıb. Vasiliy ən pis halda qış fasiləsi ərəfəsində ölkəmizdə çalışa bilər.