Misli Premyer Liqasının XIV turunda "Sabah" "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Krunoslav Renduliç matçı şərh edib.

"Təəssüflər olsun ki, qələbə qazanmadıq, bura bunun üçün gəlmişdik. Futbolçularıma təşəkkür edirəm, təslim olmadılar. Bilirdik ki, çətin oyun olacaq. "Turan Tovuz" fiziki cəhətdən yaxşı komandadır".