Basketbol üzrə Azərbaycan millisinin üzvü Zaur Paşayev yığma komandada karyerasını bitirib.

Offsideplus.az xəbər verir ki, o, 41 yaşında milli karyerasını başa vurub. Dünya Kubokunun ilkin təsnifat mərhələsinin A qrupu çərçivəsində İsveçrəyə qarşı oyun Z.Paşayev üçün sonuncu olub.

Qeyd edək ki, Zaur Paşayev hazırda "Quba" klubunda çıxış edir.