"Bayern"in fəxri prezidenti Uli Höness futbolçular üçün tərtib edilmiş ifrat sıx oyun təqvimini tənqid edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb. Höness bunları söyləyib:

"Bizim idmanımız hələ uzun müddət çiçəklənməyəcək. İnsanın imkanları məhduddur. Belə davam edərsə, oyunçular sonda bunun öhdəsindən sadəcə olaraq gələ bilməyəcəklər. Təzyiq bizdən, klublardan və futbolçulardan gəlməlidir. Bax, buna görə də başa düşürəm ki, əsas oyunçular zədələnmək qorxusundan milli yığma komandaya edilmiş çağırışlara məhəl qoymurlar".