PSJ-nin baş məşqçisi Luis Enrike Fransa çempionatının (Liqa 1) 12-ci turunda "Tuluza"ya qarşı keçirdikləri matçı dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Bu oyunu qazanmaq vacib idi. Az oynayan futbolçuların meydana çıxa bilməsi vacib idi və onlar yaxşı oynadılar. Eyni zamanda, səfərə gedib milli komandalarına qoşulan futbolçulara istirahət vermək də vacib idi və bunu bacardıq. Çətin bir oyun idi".