"Mançester Yunayted"in yeni baş məşqçisi portuqaliyalı Ruben Amorim Premyer Liqanın 12-ci turu çərçivəsində "İpsviç"lə səfər oyunundakı heç-heçəni şərh edib.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Təcrübəli mütəxəssis bunları söyləyib:
"Oyunçularım oyun zamanı çox düşünürdülər. Cəmi iki günümüz var idi. Daha çox zamana ehtiyacımız var. Çətin matç oldu. Təzyiqsiz bir neçə qolu əldən verdik. Belə başlayanda topa nəzarət etməlisən. Hazırda bunu edə bilmirik. Oyunçular çox çalışdılar. Həqiqətən çalışırlar və istəklidirlər. Biz indi yeni ideyaları qəbul etməli və növbəti mərhələ üçün təkmilləşməyə çalışmalıyıq”.
Qeyd edək ki, “Mançester Yunayted” 12 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.