"Fənərbağça"nın ulduz futbolçuları komandaya qayıdıb.

Offsideplus.az xəbər verir ki, bu gün zədəli olan Allan Sen-Maksimen komanda ilə birgə məşqlərə qoşulub. Eyni zamanda "Sivasspor"la matçda sıradan çıxan Çağlar Söyüncü fərdi məşqlərə başlayıb.

Qeyd edək ki, "sarı-lacivərtlilər" noyabrın 28-də Avropa Liqasının liqa mərhələsi çərçivəsində "Slaviya Praqa ilə qarşılaşacaq.