TFF-dən "Qalatasaray"ın tələbinə rədd cavabı verilib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Super Liqanın XIV turunda "Eyüpspor"la matçın tarixinin 1 dekabrdan həmin ayın 2-nə keçirilməsi üçün Türkiyə Futbol Federasiyasına müraciət etmişdi. Ancaq TFF "aslanlar"ın təklifini təmin etməyib.
Qeyd edək ki, "Cim-Bom" noyabrın 28-də Avropa Liqasında Az Alkmaar ilə üz-üzə gələcək.