Türkiyə Super Liqasında XIII tur başa çatıb.
Offsideplus.az xəbər verir ki, tura damğasını vuran əsas oyunlardan biri "Trabzonspor" - "Adana Demirspor" matçı olub.
Qara dəniz təmsilçisi rəqibinin qapısından 5 cavabsız qol keçirib. Muhamed Çam "het-trik"ə, Simon Banza isə "dubl"a imza atıb.
Qeyd edək ki, xallarının sayını 15-ə yüksəldən "Trabzonspor" 10-cu pillədə yer alıb. "Adana Demirspor" isə 2 xalla turnir cədvəlinin sonuncusudur.