"Real"ın baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi haqda açıqlama verib.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis klublararası dünya çempionatını qazandıqdan sonra bununla bağlı deyib: "Mən qovulana qədər buradan ayrılmayacağam".
Qeyd edək ki, daha əvvəl Karlo Ançelottinin Braziliya millisinin yeni baş məşqçisi olacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin Braziliya Futbol Konfederasiyası bu məlumatı təkzib edib.