Karlos Alkaras bu mövsümkü ikinci titulunu qazanıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı tennisçi "Monte-Karlo Masters"də çempion olub.

O, həlledici görüşdə italiyalı Lorentso Muzettidən güclü olub. Muzetti ilk seti aktivinə yazdırsa da, növbəti iki setdə cəmi 1 xal qazana bilib.

Bu, 21 yaşlı Alkarasın ümumilikdə 18-ci titulu olub.