"Qalatasaray" və "Fənərbağça" qadın voleybolundan sonra bu dəfə kişilərdə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" ilk matçda rəqibinə bir set belə verməyib - 3:0. Tərəflər arasında ikinci görüş aprelin 16-sı oynanılacaq.
Bu görüşdə də "Qalatasaray" qələbə qazanarsa, o zaman onlar finala yüksələcək. Əgər ümumi hesab bərabərləşərsə, onda 3-cü matça ehtiyac olacaq.
Əlavə edək ki, qadınlarda hesab bərabərdir - 1:1.