Ötən gecə dünya çempionatının qrup mərhələsində İran və ABŞ yığmaları arasında baş tutan qarşılaşmada İran millisi 0:1 hesabıyla məğlub olub.
Offsideplus.az xəbər verir ki, bu nəticədən sonra İranda ölüm hadisəsi baş verib.
Belə ki, dünən bu məğlubiyyətə sevinərək, küçələrdə "ABŞ, təbriklər!" şüarı səsləndirən insanlara İran polisi atəş açıb. Açılan atəş nəticəsində gənc oğlan Mehran Sumak başından aldığı güllə yarasından ölüb.