"Lokomotiv"in sabiq futbolçusu Maksim Artyomov dünyasını dəyişib.
Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rusiyalı 26 yaşlı futbolçu Moskvanın Lefortovo bölgəsində binanın 17-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Hadisə şahidləri futbolçunun yanğın pəncərəsindən düşdüyü barədə xəbər verib. Polis hadisə ilə bağlı araşdırma aparır.
"Spartak" akademiyasının məzunu olan Maksim, "Olimpian", "Dnepr" klublarının şərəfini qoruyub.