Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanlardan biri idmançıdır.
Offsideplus.az xəbər verir ki, xəsarət alanlar arasında bodibildinq üzrə Azərbaycan kuboku qazanmış Arslan Quliyev də var.
O, klubda mühafizəçi işləyirmiş. Quliyevin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Partlayış hadisəsi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Həmçinin, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib. (oxu.az)