Dünən gecə Çempionlar Liqasında keçirilən "Benfika - "Ayaks" ( 2:2 ) oyununda maraqlı hadisə yaşanıb.
Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin ukraynalı hücumçusu Roman Yaremçuk qol vurduqdan sonra formasında ölkəsinin dövlət gerbini göstərib.
Xatırladaq ki, 26 yaşlı forvardın bunu etməsinə səbəb son günlər Ukrayna və Rusiya arasında artan gərginlikdir.