Azərbaycan futbolunda antidopinq qayda pozuntusu aşkar edilib.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, il ərzində 19 pozuntunun qeydə alındığı 11 idman növündən biri də futboldur. Digər idman növləri paurliftinq, güləş, velosiped idmanı, basketbol, paratletika, futbol, sambo, karate, boks, cüdo və paracüdodur.
Hüseynli prosesin davam etməsi səbəbindən ad çəkməyin məqsədəuyğun olmadığını bildirib. Direktor daha sonra bu barədə ictimaiyyətə açıqlama veriləcəyini deyib.