Moskvada qaydasız döyüş ustası erməni qadın üç sərxoş azərbaycanlını döyüb. Birinin vəziyyəti ağırdır.
Offsideplus.az xəbər verir ki, noyabrın 2-də Moskvada erməni əsilli idmançı Diana Martirosyan üç sərxoş azərbaycanlını döyüb. Diananın 23 yaşı var, qaydasız döyüş idmanı ilə məşğuldur.
Hadisə Moskva metro stansiyalarından birinin ərazisində yerləşən kafenin yaxınlığında baş verib.
İdman zalından qayıdan erməni qadınla azərbaycanlılar arasında mübahisə yaşanıb. İdmançı erməni onların sərxoş olmasından istifadə edərək öyrəndiyi idman fəndlərini onların üzərində sınayıb.
19, 23 və 24 yaşlarında olan azərbaycanlı gənclərdən biri ağır vəziyyətdədir. 23 yaşlı İlham adlı soydaşımızın çənəsi və burnu sınıb. O, xəstəxanaya yerləşdirilib. daha iki nəfər isə ilkin tibbi yardım göstəriləndən sonra buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: fanat.az