17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin geyimlərin verilməsi üzrə meneceri Mirzəyev Ramal Rafiq oğlunun intiharı barədə məlumat vermişdik.
Offsideplus.az xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla R.Mirzəyevin ölümü barədə açıqlama verib:
"Təəssüf ki, 17 yaşadək qızlardan ibarət Azərbaycan millisində geyimlərin verilməsi üzrə məsul şəxs intihar edib. Ailəsinə AFFA tərəfindən növbəti dəfə baş sağlığı verilir, Allah səbr versin. AFFA-nın ştat işçisi deyildi, mülkü müqavilə əsasında fəaliyyət göstərirdi. Komandaların bir toplanışından digərinə qədər olan müddətdə çalışırdı. Hadisə toplanış dövründə baş verməyib, evdə olub. Digər məsələlərlə bağlı deyəcəyim bir söz yoxdur, hüquq mühafizə orqanları araşdırma aparır".
Qeyd edək ki, 30 yaşlı Ramal Mirzəyev avqusun 8-i saat gecə radələrində Xətai rayonundakı mənzildə özünü asaraq intihar edib.