La Liqa Juniorda ilin ən dəyərli oyunçusu seçilən 11 yaşlı Turan Qasımlıya "Nike" şirkətindən hədiyyə gəlib.

Offsideplus.az gənc futbolçunun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, "Nike" üzərinə "Turan S .Zurdo" (Super Solaxay Turan) yazılmış futbol ayaqqabısı göndərib. 

Qeyd edək ki, "Malaqa" aşağı yaş qrupunda yarımmüdafiəçi mövqeyində çıxış edən Turan Qasımlı bu mövsüm çıxdığı 22 oyuna 16 qol vurub, 21 assistlə yadda qalıb. Uzun müddətdir "Barselona"nın hədəfində olan futbolçunun tezliklə Kataloniya təmsilçisinə keçəcəyi gözlənilir.