Tokio-2020 Paralimpiya Oyunlarının məşəlinin yandırılacacığı şəhər bəlli olub.

Offsideplus.az xəbər verir ki, məşəl 19 əqli qüsurlu şəxsin qətlə yetirildiyi Saqamihara şəhərində alovlandırılacaq. Bu barədə şəhər adminstrasiyasından "Kyodo" agentliyinin sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, bu addım faciənin yaddaşlardan silinməməsi üçün atılacaq: "Hadisənin üstündən 5 il ötüb. Məqsəd odur ki, insident unudulmasın. Qərəz və ayrıseçkiliyin olmayacağı ədalətli cəmiyyət yaratmaq istəyirik. Saqamiharadakı mərasim Paralimpiya hərəkatının əsas prinsipi ilə üst-üstə düşən hər hansı bir ayrı-seçkiliyin kökünü kəsmək arzusunun simvoluna çevriləcək".

Paralimpiya oyunları 24 avqust - 5 sentyabrda keçirilməlidir.

Xatırladaq ki, Satosi Uematsu adlı bir nəfər 2016-cı il iyulun 26-na keçən gecə əqli imkanları məhdud olan əlillər internatına silahlı hücum edərək, 19 nəfəri qətlə yetirib. Hadisə nəticəsində 20 nəfər yaralanıb (Report).