Futbol klubuna məxsus avtomobil müəmmalı şəkildə yoxa çıxıb.
Offsideplus.az "Mutko protiv" "teleqram" kanalına istinadən xəbər verir ki, bununla bağlı Moskvada araşdırmalara başlanılıb. Belə ki, Moskva ÇSKA-sına məxsus "Hyundai Tucson" yanvarın son günlərində Yakovlevo kəndində parkiqdən yoxa çıxıb. Dəqiq desək, oğurlanıb.
"Hərbçilər"in legionerlərinin sürücüsü işləyən kamerunlu Donq Corc Didyenin verdiyi məlumata görə, avtomobili yanvarın 28-i axşam park edərək evinə gedib. Qayıdandan sonra maşını yerində görməyib. Ərazidə xeyli sayda başqa son model maşınların da olduğunu deyən sürücü məhz kluba məxsus avtomobilin qaçırılmasının səbəbini anlaya bilmədiyini vurğulayıb.
Qeyd edək ki, ÇSKA hazırda təlim-məşq toplanışı məqsədilə İspaniyadadır.