"Antverpen"in futbolçusu Didye Lamkel Ze komandanı tərk etmək niyyətindədir.

Ötən mövsüm 25 oyunda 6 qola imza atan futbolçu cari mövsümdə şans qazanmır. 5 oyunda forma geyinən ucaboy hücumçu sonuncu dəfə noyabrın 2-də meydana çıxıb. Komandadakı durumu onu razı salmadığından iş yerini dəyişmək istəyir. Lakin klubla müqaviləsi olduğundan rəhbərlik onu ödənişsiz buraxmaq fikrində deyil. 24 yaşlı futbolçu rəhbərliyin qəzəbinə tuş gəlib klubdan qovulmaq üçün qeyri-adi üsula əl atıb.

Offsideplus.az xəbər verir ki, Didye məşq günü bazaya "Antverpen"in çempionatdakı əsas rəqiblərindən olan "Anderlext"in futbolkasında gəlib. Məqsədi klub rəhbərliyinin oturduğu inzibati binaya girmək imiş. Lakin arzusu ürəyində qalıb. Belə ki, bazanın işçiləri onu qapını buraxmayıblar. Futbolçu hay-küy salmasına, mühafizəçiləri qapını sındıracağı ilə hədələməsinə baxmayaraq, qadağa sona qədər qüvvədə qalıb.

Qeyd edək ki, futbolçunu bu addımı atmağa məcbur edən "Panatinaikos"un təklifidir. Yunanlar onu azad agent statusu ilə heyətinə qatmaq istəyir deyə, "Antverpen"lə məsələni Lamkel Zenin özü həll etməlidir.

16099315510304