Azırbaycan futbolunun keçmişi məzəli əhvalatlarla, maraqlı hadisələr və şirin zarafatlarla zəngindir. Xüsusən SSRİ futbolunun "şinelindən" çıxanlar bu mənada böyük "əmək" sahibidir.

Offsideplus.az xəbər verir ki, acı olaylardan biri 90-cı illərdə yaşanıb. Vaxtilə millimizin şərəfini qorumuş futbolçular "Terek"in düşərgəsindən Bakıya qayıdanda. 

Tərlan Əhmədov həmin hadisəni bu cür nəql edib: "Mən, Vidadi Rzayev və adını çəkmək istəmədiyim başqa bir gəncəli futbolçu "Terek"də oynayırdıq. Maaşımızı alıb Kislovodsk-Bakı qatarına minmək üçün vağzala yollandıq. Pulları idman çantasının altına qoyub üstünə çirkli paltarları yığdıq. O vaxt Çeçenistanda reketlik, adam soymaq çox yayılmışdı. Vağzalda iki nəfər bizə yaxınlaşdı. Biri milis, biri də mülki geyimdə. Sənədlərimizi istədilər. Dedilər, "bilirik futbolçusuz, qanun naminə bölməyə getməliyik". Bölmənin vağzal ərazisində olduğunu bilirdim.

Bunlar bizi vağzaldan çıxarıb qaranlıq yerə, qarajların yanına apardılar. Daha bir mülki şəxs onlara qoşuldu. "Bizi hara aparırsız" soruşmuşdum ki, "səsinizi çıxarmayın, pulları verin, yoxsa burdan sizin meyidiniz çıxacaq" dedilər. "Pulumuz yoxdur, çantaları yoxlaya bilərsiz" söylədim. Başladıq bunlara yalvarmağa. Bir tərəfdə canımız, bir tərəfdə də əziyyətlə qazandığımız pullar. Banditlərdən biri qayıtdı ki, bunlar 3 nəfər idilər, biri yoxdur. Gəncəli futbolçu aradan çıxmışdı. Reketlər pulları tapmadılar və bizi buraxdılar. Qatar getdiyindən bazaya qayıtmalı olduq. Otağa girəndə gördük ki, bayaq bizi qoyub qaçan dostumuz yorğanı başına çəkib yatır. İndi Vidadini saxlamaq olar? Buna ağzına gələni deyir". (Futbol+)

Qeyd edək ki, Tərlan Əhmədovгт adını çəkmək istəmədiyi həmin gəncəli futbolçu Xaliq Mərdanovdur. 

53477