Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2019-cu ildə antidopinq qaydasını pozmuş azərbaycanlı idmançıların adlarını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, antidopinq qayda pozuntusunu törətmiş bu idmançıların nəticələrini ləğv edilib və medalları geri alınıb.
Belə ki, 2019-cu ildə 5 idman növü üzrə 5 yarışda (müxtəlif Azərbaycan çempionatı, Azərbaycan birinciliyi və ölkə kuboku) 7 idmançıdan toplanmış test nümunələrinin nəticəsi müsbət çıxıb.
Nəticələri ləğv edilən və medalları geri alınan idmançıların siyahısı:
• Həsənbəy Həsənzadə (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - I yer
• Vasif Səfərov (+109 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - II yer
• Orxan Zeynalov (81 kq) 2019-cu ildə böyüklər arasında ağır atletika üzrə Azərbaycan çempionatı - II yer
• Vüqar Şirinov (52 kq) 2019-cu ildə sambo üzrə Azərbaycan kuboku - I yer
• Aliyə Müslümova (78 kq)2019-cu ildə keçirilmiş cüdo üzrə U-21 gənclərin Azərbaycan birinciliyi - II yer
• Jalə Bayramova 2019-cu ildə keçirilmiş güllə atıcılığı üzrə Azərbaycan çempionatı - I yer
• Kamran Orucov (63 kq) 2019-cu ildə keçirilmiş boks üzrə Azərbaycan çempionatı – III yer