“Real”ın belçikalı qapıçısı Tibo Kurtua özünə klub alıb.
Offsideplus.az xəbər verir ki, qolkiper “Betis”in futbolçusu Borxa İqlesiasla birlikdə Madridin “İnter” klubuna sahib çıxıb. Bu komanda İspaniya çempionatının 3-cü divizionunda mübarizə aparır.
Qeyd edək ki, Kurtua ilə İqlesias daha əvvəl “DUX Gaming” kiberidman komandasını da alıb.