“Çelsi”nin keçmiş futbolçusu Didier Droqba bir proqramda səsləndirilən "Koronavirus peyvəndi Afrikada sınaqdan keçirilə bilər" ifadələrinə sərt reaksiya verib.
Offsideplus.az xəbər verir ki, Droqba social media hesablarından paylaşdığı açıqlamada bu cür yanaşmanı qınadığını deyib: "Afrika sınaq laboratoriyası deyil. Mən bu alçaldıcı və irqçi ifadələri qəti şəkildə qınayıram”.
Afrikalıları qvineya donuzları kimi görməyin "iyrənc" olduğunu ifadə edən Droqba, Afrika liderlərinin vətəndaşlarını qorumaları lazım olduğunu söyləyib: "Dünya iqtisadiyyatına zərbə vuran və əhalini parçalayan bu dəli virusdan özümüzü xilas edək".