Azərbaycan yunan-Roma güləşi üzrə millinin baş məşqçisi Aleksandr Tarakanov ilə yollar ayrılıb.

Offsideplus.az xəbər verir ki, Tarakanov açıqlamasında Azərbaycanda çalışdığı 6 il ərzində həm federasiya, həm də güləş azarkeşlərindən böyük dəstək gördüyünü və burada həm təcrübə, həm də yaxın dostlar qazandığını vurğulayıb.

“Bəzən məşqçilik karyerasında yeni bir mərhələyə adlamaq üçün fasilə götürmək, keçmiş təcrübələri yenidən nəzərdən keçirmək lazım olur. Bir qədər istirahət etmək, ailəmlə zaman keçirmək bu yolda mənə çox böyük dəstək olacaq. Bu səbəbdən qarşılıqlı razılaşma ilə əməkdaşlığı başa vurduq”, – deyə o bildirib.

Tarakanov, həmçinin, federasiya rəhbərliyinə, məşqçi yoldaşlarına və komandanın hər bir üzvünə təşəkkürünü çatdırıb və əlavə edib ki, gələcəkdə lazım gələrsə, Azərbaycan güləşinin inkişafı yolunda əmək sərf etməyə hazırdır.