Azərbaycan Güləş Federasiyası (AGF) güləşin müxtəlif sahələrində inkişafa nail olmaq üçün yeni layihələrin icrasına hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bu məqsədlə AGF-nin ofisində Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri ilə işgüzar görüş keçirilib.

MOK-un Beynəlxalq Proqramlar İdarəsinin müdiri Ceyhun Rəhmanovun iştirak etdiyi görüşdə bir sıra strateji məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı əsas diqqət məşqçilərin beynəlxalq təlim və sertifikasiya proqramlarına cəlb edilməsi, həmçinin xarici təcrübəyə əsaslanan milli idman sistemlərinin müasirləşdirilməsi modellərinə yönəlib.

Bundan əlavə, gənc güləşçilərin potensialını artıracaq beynəlxalq layihələrdə iştirak imkanları və perspektiv proqramlar ətraflı şəkildə dəyərləndirilib.