Yunan-Roma güləşi üzrə Azərbaycan çempionu olan Elmir Əliyev Offsideplus.az saytına müsahibə verib.
55 kq. çəki dərəcəsində Rəşad Məmmədova 2:1 hesabı ilə qalib gələn E.Əliyev əvvəlcə görüşü şərh edib:
"Final görüşümüz ağır keçdi. Çünki keçən il finalda Azərbaycan çempionatında mən qalib gəlmişdim, ondan əvvəlki ildə isə Rəşad Məmmədov udmuşdu. Bu il yenə mən qalib gəldim, hesab 2:1 oldu. İnşallah qarşıdakı yarışlarda da çempionluq nəsib olar".
O, 2026-cı il üzrə əsas hədəflərindən danışıb: "Əsas hədəflərimdən fevralda keçiriləcək reytinq turniri və daha sonra Avropa çempionatı olacaq. Ciddi hazırlaşacağam".
E.Əliyev ilin ilk qələbəsini qardaşının övladına həsr edib: "Bu qələbəmi qardaşımın kiçik uşağına həsr etmək istəyirəm. Bütün qələbələrim onun və valideynlərim üçündür".



