"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında 2-ci görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, onlar bu dəfə "Kopenhagen"lə qarşılaşıb.

Danimarka təmsilçisi ilk hissədə 3, fasilədən sonra isə 2 qol vuraraq oyundan 5:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, "Qarabağ"ın gəncləri ardıcıl 2-ci oyunda da məğlub olub.

Rəşad Sadiqovun yetirmələri növbəti turda, Bilbaoda "Atletik"in qonağı olacaq.