"İnter Mayami" iki "Atletiko" futbolçusunu birdən transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Florida təmsilçisi həm Kokeni, həm də Antuan Qrizmannı heyətinə cəlb etməyi planlaşdırır.

Bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Kokenin "Atletiko" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Qrizmanın isə 2027-ci ilin yayına qədər davam edən sözləşməsi var.

8 yaşından bəri Madrid təmsilçisində çıxış edən Koke başqa klubun formasını geyinməyib. O, burada 708 oyun keçirib və klub tarixinin ən çox matça çıxan futbolçusudur.

Qrizman isə "Atletiko"nun tarixində ən çox qol vuran oyunçudur.

Qeyd edək ki, "İnter Mayami" MLS-də son mövsümün çempionu olub.