Cənubi Azərbaycanın “Traktor” klubu İran Futbol Federasiyası və İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki,qərara əsasən klub ölkə kubokunda həm ev, həm də səfər oyunlarını azarkeşsiz keçirməlidir.
"Traktor” klubu azarkeş qadağası ilə yanaşı, 3 milyard tümən (100 min manat) məbləğində cərimələnib.
Qeyd edək ki, qərar “Traktor”la Tehran təmsilçisi “Persepolis” arasında baş tutan kubok oyunundan sonra qəbul edilib.



