Braziliya klublarının "Qarabağ"ın futbolçularına marağı davam edir.
Offsideplus.az xəbər verir ki, Pedro Bikalyo ilə "Botafoqo" klubunun maraqlandığıni xəbər vermişdik.
İndi də Mateus Silvaya ölkəsindən təklif var.
"Vitoriya" klubu 28 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
Bu barədə Braziliya mətbuatı məlumat yayıb.
M. Silva 2023-cü ilin yayından "Qarabağ"da çıxış edir. O, Ağdam klubunun heyətində 110 oyun keçirib.
Onun klubla müqaviləsi 2026/27 mövsümün sonuna qədərdir.



