"Qarabağ" seneqallı hücumçu Umar Diuf üçün klubu "Lyej"ə təklif göndərib.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi 22 yaşlı forvard üçün 1.2 milyon avro təklif edib. Belçika klubu isə 1.5 milyon tələb edir.
Bu barədə "Walfoot" portalı məlumat yayıb.
Diufla bir neçə klub daha maraqlanır.
O, cari mövsüm Belçika 2-ci Liqasında 18 oyunda 8 qol vurmağı bacarıb.
Gənc futbolçu Seneqal U-20 yığmasında da 2 oyuna çıxıb.



