Son dünya çempionu Argentina yığmasının DÇ-2026-da iştirakı sual altına düşüb.

Offsideplus.az xəbər verir ki, buna səbəb korrupsiya qalmaqalıdır.

Şübhəlilər arasında Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia da var.

Məhkəmə hazırda onun var-dövlətinin hardan gəldiyini araşdırır.

İstintaq hüquqi prosedurlara səbəb olarsa və futbol federasiyasının işinə dövlət müdaxiləsi aşkar olunarsa, FIFA Argentina millisini mundialdan kənar qoya bilər.