"Qalatasaray" klubu "Real Madrid"in futbolçusuna "göz qoyub".

Offsideplus.az xəbər verir ki, söhbət "kral klubu"nun müdafiəçisi Antonio Rüdigerdən gedir.

Bu barədə "AS" nəşri məlumat yayıb.

"Sarı-qırmızılar" onu qış "transfer pəncərəsində" heyətinə cəlb etmək istəyir.

Rudiger yeni macəralara hazırdır. O, gələcək təklifləri dinləyəcək. 

Qeyd edək ki, onun "Real Madrid"lə müqaviləsi gələn ilin yayında başa çatacaq.