Azərbaycanda başa çatmaqda olan ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.

Offsideplus.az xəbər verir ki, "komanda.az" saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bütün rəqiblərini qabaqlayıb.

O, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Qurbanov 63 jurnalistin iştirak etdiyi sorğuda 58 səs yığmağı bacarıb.

Ondan başqa daha 4 namizədə səs verilib: "Sabah"ın sabiq baş məşqçisi Vasili Berezutski 2, Rəşad Sadıqov ("Zirə"), Elmar Baxşıyev ("Araz-Naxçıvan"), Azərbaycan yığmasının və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov isə hərəyə 1 səs qazanıb.