"Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub Ukraynanı necə tərk etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ölkəsinin "tribuna.com" portalına saytına müsahibə verib:
- "Neftçi"yə keçidiniz barədə nə deyə bilərsiniz? Bu, gözlənilməz oldu...
- Məşqçi yeni qoşulubsa, nə deyə bilər? Əvvəlcə işləmək, baxmaq, analiz etmək lazımdır, sonra nəticə çıxarmaq olar. Heç olmasa 10 gün keçsin, ondan sonra nəsə demək mümkündür.
- İcazə barədə daha ətraflı danışa bilərsiniz? Bu proses necə oldu?
- Ya 60 yaşım tamam olanda, ya da icazə veriləndə xaricə işləməyə gedə bilərdim. İcazəni aldım. 2026-cı ildə müqavilə bitənə qədər ölkədən çıxmaq üçün icazə almışam. Sonra mütləq qayıtmalıyam və bunu da edəcəyəm. Əgər daha tez lazım olsa, o zaman daha tez qayıdaram.
- "Neftçi"yə keçməzdən əvvəl adınız Kiyev "Dinamo"su ilə hallanırdı...
- Mən bunu daha əvvəl də demişəm. "Dinamo" və "Şaxtyor", bu klublarda işləmək istəmirəm.



