Dekabrın 21-də Afrika Millətlər Kuboku başlayacaq.
Offsideplus.az xəbər verir ki, "Neftçi"nin hücumçusu Vensan Abubakar Kamerun yığmasına dəvət edilməyib.
Buna Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun mane olduğu bildirilir.
Onun Abubakarı yığmadakı qol sayını keçməməsi üçün çağırtdırmadığı bildirilir.
Bu barədə "The Sun" məlumat yayıb.
Hazırda "Neftçi"nin futbolçusunun aktivində 45 qol var. Eto isə 56 qol vurub və o, Kamerun yığmasının tarixində ən çox qol vuran futbolçudur.
Komandanın baş məşqçisi Mark Brislə də problem yaşanır. Eto onu vəzifəsindən qovub.
Bris isə hələ də rəsmi olaraq qovulmadığını düşünür və işinə davam edir.
Qeyd edək ki, Kamerun AMK-da F qrupunda mübarizə aparacaq. Onların rəqibləri Qabon, Fil Dişi Sahili və Mozambik olacaq.



