"Neftçi"nin yeni baş məşqçisinin bu gün rəsmən açıqlanacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, bəs, Yuri Vernidub "ağ-qaralar"da nə qədər qazanacaq?
Bu barədə ukraynalı jurnalist İqor Burbas məlumat yayıb.
O, aylıq təxminən 50 min dollar alacaq.
Vernidubla müqavilənin müddəti isə ilyarım olacaq.
Ukraynalı mütəxəssis yarımillik sözləşmə imzalamaq istəsə də, daha sonra tərəflər 1.5 ilik razılığa gəliblər.



