"Qarabağ" İsveç çempionu "Myellbü"nun futbolçusu Abdullah İqballa maraqlanır.
Offsideplus.az xəbər verir ki, 23 yaşlı futbolçu Ağdam klubunun diqqət mərkəzindədir.
"Myellbü" başa çatan mövsümdə İsveçdə çempion olub.
A. İqbal 2024-cü ilin avqustundan burada çıxış edir.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu cari mövsümdə 24 oyunda meydanda olub.
A. İqbal eyni zamanda Pakistan yığmasının kapitanıdır. O, milli komandasının heyətində 19 oyuna çıxıb.
(oxu24.com)



