Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) növbəti yay transfer pəncərəsi üçün böyük planlar qurur.
Offsideplus.az xəbər verir ki, məlumata görə, fond "Barselona"nın ulduzu Robert Levandovski, həmçinin" Real Madrid"in iki müdafiəçisi — Antonio Rüdiger və David Alabanı heyətinə qatmaq istəyir.
Üstəlik, üç futbolçunun da mövsümün sonunda müqavilələrinin bitməsi Səudiyyə klublarının işini xeyli asanlaşdırır.
PIF-in məqsədi onların hamısını azad agent statusu ilə transfer etməkdir.
Bu üçlüyün eyni anda Səudiyyə Pro Liqasına keçidi liqanın nüfuzunu daha da artırmaq və Avropa ulduzlarını bölgəyə cəlb etmək üçün strateji addım kimi qiymətləndirilir.



