"Kristal Palas" klubu "Bayern Münhen"in futbolçusu Saşa Boe ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Oliver Qlasner fransalı futbolçunu komandasında görmək istəyir.
Bu barədə xarici KİV məlumat yayıb.
London təmsilçisi 25 yaşlı futbolçu üçün rəsmi təklifini də göndərib.
S. Boe 2024-cü ilin yanvarında Münhen klubuna transfer olub. Onlar bu keçid üçün "Qalatasaray"a 30 milyon avro ödəyib.
O, cari mövsüm 14 oyunda meydanda olub və 1 məhsuldar ötürmə edib.



