Serxio Ramos 2026-ci ildə "Monterrey"dən ayrılacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

39 yaşlı müdafiəçi təqaüdü düşünmür. O, karyerasını başqa bir klubda davam etdirəcək.

O, bu ilin fevralında Meksika klubuna qoşulmuşdu.

İspaniyalı futbolçu Apertura başa çatanda komandanı tərk edəcək.