Kiyev "Dinamo"su baş məşqçi Aleksandr Şovkovskinin işinə son verib.

Offsideplus.az xəbər verir ki, bu barədə Ukrayna klubunun rəsmi saytı məlumat yayıb.

Şovkovski 2023-cü ilin noyabrından "Dinamo"nu çalışdırırdı.

O, bu klubda 24 il futbolçu kimi də çıxış edib.

Kiyev təmsilçisi son olaraq ötən Konfrans Liqasında "Omoniya"ya məğlub olub. Onlar 4 turdan sonra cəmi 3 xal yığ bilib.

Ukrayna çempionatında isə 13 turdan sonra 20 xalla 7-ci yerdədilər.