Şotlandiya yığması Danimarkanı 3:2 hesabı ilə məğlub edərək 28 illik aradan sonra mundiala vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, milli komandanın kapitanı və "Liverpul"un futbolçusu Endryu Robertson görüşdən sonra Dioqo Jotanı xatırlayıb:

"Dünya çempionatına vəsiqə qazanmaq üçün son şansım olduğunu bilirdim. Dostum Diogo Jota bütün günü ağlımda idi. Dünya çempionatı haqqında onunla çox danışmışdıq. O, zədəsinə görə Qətərə gedə bilməmişdi. Əminəm ki, bu axşam haradasa mənə gülümsəyir".