Madrid şəhərində "Santiaqo Bernabeu" stadionunda keçirilən Amerikan futbolu (NFL) oyunu böyük iqtisadi təsir yaradıb.
Offsideplus.az xəbər verir ki, rəqəmlərə görə, tədbirin ümumi iqtisadi gəliri təxminən 150 milyon avro təşkil edib. Bunun təxminən 21 milyon avrosu şəhərin bar və restoranlarında formalaşıb.
Oyunu izləmək üçün arenaya 78 min 610 nəfər tamaşaçı toplaşıb. Onların içərisində təxminən 42 min nəfər ABŞ və digər Avropa ölkələrindən gəlmiş xarici turistlər olub.
Bu göstəricilər həm Madridin idman turizmi potensialını, həm də "Bernabeu" stadionunun beynəlxalq tədbirlər üçün cəlbediciliyini bir daha ortaya qoyub.



